Ölkə

"Məhkumlara göstərilən tibbi xidmətlər icbari tibbi sığorta hesabına olacaq" - 200 min manat ayrılacaq

27 Yanvar 2026 10:14
Baxış: 298
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin tibbi təminatı ilə bağlı yeni tədbirlər nəzərdə tutulub. 

Milli.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və hədəflər üzrə keçirilən mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə zəruri tibbi avadanlıq və ya mütəxəssis olmadıqda, məhkumlara göstərilən tibbi xidmətlər icbari tibbi sığorta hesabına həyata keçiriləcək.

Bildirib ki, il ərzində 1500 nəfərədək şəxsin tibbi xidmətlə əhatə olunması planlaşdırılır.

Layihənin maliyyələşdirilməsi üçün isə 200 min manatadək vəsaitin ayrılması nəzərdə tutulub.

Mina Mikayılova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.