Divarlarımıza yapışan xəstəlik: Kif göbələyindən necə qurtulmalı?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çoxları evin küncünün və ya eyvanın kiflə örtülməsinə nəmişliyin əlaməti kimi baxır və onun necə təhlükəli olduğundan xəbərsizdir.
Milli.Az xəbər verir ki, mütəxəssislər bildirir ki, kif göbələyi yalnız evin yaraşığını pozmur, o, insan orqanizminə daxil olaraq ağır fəsadlara səbəb olur. Kif göbələyindən xüsusilə də uşaq və yeniyetmələr, immun sistemi zəif olanlar əziyyət çəkir.
Evin divarlarında və tavanda yaranan qara göbələkdir. Hansı ki, göbələk sporu hər yerə - mebel, qida məhsullarının üzərinə yayılır. Evin soyuq yerlərində nəmişliyin olması kifin inkişafı üçün şərait yaradır. Kif göbələyi əsasən hamamda, damda, pəncərənin altında, evin künclərində, dolabların arxasında sürətlə artır. Göbələk təmizliyə xüsusi fikir verilən evlərdə belə yaranır. Ətrafla otağın daxilindəki havanın temperaturunda kəskin fərq olduqda, evin havası yaxşı qızdırılmadıqda və havası pis dəyişdikdə kif göbələyi olur. "Bu göbələklər insanın sağlamlığı üçün təhlükəli mikroorqanizmlərdir. Kif həm də mebeli və müxtəlif qurğuları zədələyə bilər. Kifin ziyanlı təsiri onun sporlarındadır. Göbələk sporları ətrafa yayılır və nəfəslə insan orqanizminə daxil olur. Bu isə bir sıra ciddi xəstəlikləri inkişaf etdirir".
Kif insan orqanizminə daxil olduqda dəri xəstəlikləri, dermatoz və mikozlara, xroniki yuxarı tənəffüs orqanları xəstəliklərinə, öskürəyə səbəb olur. Oynaqlarda problemlər, revmatizm inkişaf edir. İnsan özünü zəif və yorğun hiss edir. Miqren də özünü göstərir.
Terapevt vurğulayıb ki, insanın sağlamlığına kif özü deyil, daim onda yaranan sporlar mənfi təsir edir. Onlar güclü allergiyaya səbəb olur. Hava axını ilə kif sporu tənəffüs orqanlarına daxil olur və allergiya xəstəliklərini qıcıqlandırır. Konyuktivit, respirator allerqoz kimi xəstəliklərə səbəb olur. Evdə kif göbələyi bronxial astmanı da yaramasına səbəb olur.
Kif yalnız divar və tavanda deyil, insanın dərisində də toplanır. Nəticədə ekzema və dermatit yaranır. Göbələk saçları və dırnaqları zədələyə, mədə-bağırsaq traktının selikli qişasını qıcıqlandıra bilər. Həkimin dediyinə görə, kif göbələklərindən ən qorxulusu qara aspergill - nadir xəstəlik olan ağciyər aspergillezinə səbəb olandır. Bu xəstəliyin fəsadları ağırdır.
Kif göbələyindən sığortalanmaq üçün evdə mebelin yerləşdiirilməsinə də fikir verin. Əgər otaqda iri mebellər divara kip yapışdırılıbsa, onların yerini dəyişdirmək lazımdır. Mebelin bu cür yerləşdirilməsi evdə havanın normal dövr etməsinin qarşısını alır və göbələyin artması üçün şərait yaradır. Plastik qapı və pəncərələr hava buraxmadığı üçün kif göbələyi yaranır. Lakin taxta pəncərələrin ətrafında da kif göbələyi yarana bilər.
Otaq bitkiləri havanı təravətləndirsələr də, kif göbələyinin çoxalmasına səbəb olur. Belə ki, zirzəmidə və nəm yerlərdə toplanan kif göbələyi qalxıb bitkilərin üstünə yığılır. Kif göbələyi nəmişliyi çox sevir. Çox vaxt kif göbələyi hamamda yaranır. Belə ki, kif göbələyinin yayılması üçün hamamda hər cür şərait var.
Kif göbələyi yayılmasın deyə otağın havasını tez-tez dəyişin. Məhz bu, kif göbələyinin yayılmasına imkan vermir. Amma nəzərə alın ki, evin divarları soyumasın deyə qışda nəfəsliyi çox açıq qoymaq olmaz. Evdə bütün otaqları yaxşı qızdırın. Yuduğunuz paltarları evdə qurutmayın. Kran və su borularını vaxtaşrı təmir edin. Evdə otaq bitkilərinin sayını azaldın. Hamam və ayaqyolunun havasını yaxşı dəyişin".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Neftin qiyməti yenidən qalxdı
-
Pensiyalar ödənildi
-
Aslıhan Doğan: “Ardanı evə buraxmırdım”
-
Mağazada bu hallara yol verənlər 6 min manat cərimələnə bilər
-
Nazirin üstünə qışqıran hərbçiyə medal verildi
-
Azərbaycanda yeni güzəştli mənzillər satışa çıxarılır - Tarix
-
Paytaxtın 12 küçəsində tıxac var
-
İtaliya Fransanı məğlub edərək qrup liderliyinə yüksəldi
-
“Məni zəhərləmək istəyənlərə heç nə olmamış kimi davrandım” - Nazpəri Dostəliyeva
-
Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi
-
Üçüncü dünya müharibəsi nə vaxt başlaya bilər: Süni intellekt açıqladı
-
"Dizlərimin üzərinə daş qoyaraq suyun dibində otururdum" - Halit Ergenç
-
Pomidoru soyuducuda saxlamayın
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Böyük Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - (Foto/Video)
-
“Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva
-
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub - (Video)
-
Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva “Sükut içində addımlar” filminin təqdimatında iştirak edib - (Foto)
-
Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
-
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - (Foto)
-
Prezident İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub - (Foto/Video)
-
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb - (Foto/Video)
-
Günün qoroskopu: Yaxın dostunuzun dəstəyə ehtiyacı ola bilər





