İcrabi Tibbi Sığorta çərçivəsində ən çox icra olunan əməliyyatlar açıqlanıb.
Milli.Az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və hədəflər üzrə keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, İTS çərçivəsində dövlət tibb müəssisələrində vətəndaşların ən çox müraciət etdiyi cərrahi əməliyyatlara ginekoloji əməliyyatlar, katarakta əməliyyatı, Xolesistektomiya əməliyyatı daxildir.
Özəl xəstəxanalarda isə icra olunan əməliyyat və prosedurlar arasında yüksək texnoloji müdaxilələr üstünlük təşkil edir:
"Katarakta əməliyyatı, Koronar arterioqrafiya, Anqiokardioqrafiya bura daxildir".
Mina Mikayılova
Milli.Az





