Maraqlı

Quş qripinə yoluxmamaq üçün nə etməli?

13 Mart 2021 15:00
Baxış: 607
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Viruslu infeksiyaların müalicəsi və profilaktikası elmi mərkəzinin direktoru Georgi Vikulov quş qripinə yoluxmamaq üçün tövsiyələrini verib.

Milli.Az Sputnik-ə istinadən bildirir ki, mütəxəssis vurğulayıb ki, bu viruslu xəstəliyin alovlanması və epidemiyasının nəticələri yoluxanları arasında ölüm göstəricilərinin yüksək olmasından xəbər verir. Bu səbəbdən də təhlükəsizlik tədbirlərinə ciddi riayət etmək lazımdır.

"Səyahət zamanı, eləcə də ekzotik restoranlarda çiy quş əti və çiy yumurta yeməyin, çünki onlar qrip virusuna yoluxma mənbəyi ola bilər", - Vikulov deyib. 

Vikulov həmçinin vəhşi quşların ətini yeməməyi də məsləhət görüb və əlavə edib ki, ovla məşğul olanların quş qripinə yoluxma riski yüksəkdir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.