Maraqlı

Porsche elektromobil üçün yatırımlarını artırır

11 Mart 2021 20:20
Baxış: 573
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Porsche Xorvatiyanın elektrikli hiperkarlar və akkumulyator aqreqatları ilə tanınan Rimac avtomobil şirkətinə yatırımı artırıb. Porsche rəsmilərinin verdiyi açıqlamada şirkətin əlindəki hissələrin 15%-dən 24%-ə qaldırıldığı və elektromobil bazarı üçün Rimac-a 70 milyon avro yatırıldığı qeyd edilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bununla Porsche artıq üçüncü dəfə elektromobilə investisiya yatırmış olacaq. 2018-ci ildə başlayan investisiyalar 2019-cu ildə də davam edib. Bir neçə ay əvvəl Hyundai Motor Company və Kia Motors birlikdə Rimac üçün 80 milyon avro sərmayə qoyub. Mate Rimac tərəfindən 2009-cu ildə qurulan şirkət 2018-ci il Cenevrə Beynəlxalq Avtomobillər Sərgisində təqdim etdiyi iki yerlik C Two elektrik hiper avtomobilləri ilə xeyli tanınıb. Təxminən iki min at gücündə istehsal edilən maşının sürəti saatda 256 mildir. Rimac avtomobilin son versiyasını 2021-ci ildə təqdim etməyi planlaşdırır.

Porsche AG-nin icraçı vitse-prezidenti Lutz Meschke bildirib ki, Porsche ən çox Rimac-ın inkişafı ilə maraqlanır. Həmçinin vurğulanıb ki, davamlı investisiyalarına baxmayaraq, Porsche-nin Rimac-a nəzarət hüququ yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.