Zabit Səmədov “Quruluş Osman”da oynadığı Gəncə bəy obrazından danışdı - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Quruluş Osman" "Diriliş Ərtoğrul" serialının davamıdır. Osman bəy Ərtoğrulun oğlu kimi davam edir. Onun qurduğu Osmanlı dövləti 600 il mövcud olub.
Milli.Az Kult.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin məşhur "Quruluş Osman" serialında çəkilən azərbaycanlı kikboksçu Zabit Səmədov deyib.
O, verdiyi müsahibəsində serialda oynadığı Gəncə bəy obrazından danışıb:
"Məmnunam ki, belə bir real tarixi olan serialda yer alıram. Gəncə bəy obrazı prodüser Mehmet Bozdağ tərəfindən yaradılıb, bu adı o fikirləşib. Addan da göründüyü kimi, bu qəhrəman Qafqazdan, Qarabağdan gəlib:
"Azərbaycanda Gəncə şəhəri var. Keçmişdə Gəncə xanlığı da olub. Mehmet Bozdağa bu ad üçün təşəkkür edirəm və mən bu obrazla Azərbaycan xalqını təmsil edirəm. Əlbəttə, hamımız türkük. Biz bir millət, iki dövlətik".
Səmədov "Bozdağ prodakşn"ın istehsalı olan filmin heyəti ilə dostluq etdiyini bildirib:
"Hamı ilə yaxşı anlaşıram. Mən baş qəhrəman Burak Özçivit və digərləri ilə şəbəkədən kənarda da dostluq edirəm. Bir gün Burak Çelik və Çağrı ilə parkda gəzərkən, bir adam bizə dedi ki, siz gerçək həyatda da bir-birinizdən ayrıla bilmirsiniz (gülür).
Yumruq-təpik hər zaman mənimlədir, amma qılınc da olsa, pis olmazdı. Heç olmasa, xəncər olsun (gülür)".
Zabit Səmədov idmançı karyerasını bitirdikdən sonra belçikalı aktyor Jan-Klod Van Damm kimi ancaq film səhnəsində olmaq istədiyini vurğulayıb:
"Mənim yubiley döyüşlərim yaxınlaşıb. 1-2 döyüşdən sonra karyeramı bitirəcəyəm. Artıq 37 yaşım olacaq. Karyeramı filmlərlə davam etdirmək istəyirəm. Ona görə də Jan-Klod Van Damm kimi bu işə girdim. Düzdür, o elə də güclü idmançı olmayıb, amma filmləri gözəl olub. Mən də onun kimi filmlərə çəkilmək istəyirəm".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bülent Ersoy həyatının şokunu yaşadı - (Video)
-
Kassano: "Kriştianu Ronaldu o Ronaldonun yarısıdır"
-
Talıb 2-ci dəfə ata oldu
-
Martines "Mançester Yunayted" rəhbərliyindən üzr istədi
-
Razi qalmaqalla boşandığı ərininin fotosunu paylaşdı
-
Luis Fiqu Arda Güləri tərifə boğdu: “Bunu başqa futbolçuda görə bilməzsiniz”
XƏBƏR LENTİ
-
İrəvanda Paşinyan Pezeşkianla görüşüb
-
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
-
GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair məlumatları təqdim edib - (Foto)
-
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
-
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir
-
Bülent Ersoy həyatının şokunu yaşadı - (Video)
-
Azərbaycanda mənzillər bahalaşdı
-
Təcili tibbi yardımda süni intellektdən istifadə ediləcək
-
Mirzoyan: Türkiyə ilə sərhədlər hər an açıla bilər"
-
Kassano: "Kriştianu Ronaldu o Ronaldonun yarısıdır"
-
İstanbulda Ermənistanın Müstəqillik Günü qeyd edildi - Türkiyə XİN-in rəsmisi tədbirdə
-
Talıb 2-ci dəfə ata oldu
-
Martines "Mançester Yunayted" rəhbərliyindən üzr istədi
-
Bu avtobuslar “20 Yanvar” və “Şamaxinka”dakı dayanacaq məntəqəsindən çıxarılır
-
Razi qalmaqalla boşandığı ərininin fotosunu paylaşdı
-
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu kimdir?
-
Azərbaycanda işsizlikdən sığorta ödənişi nə qədərdir?
-
Bazarda meyvə-tərəvəz ucuzlaşdı
-
Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib
-
Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Sabah bu ərazilərdə yağış və şimşək gözlənilir - Proqnoz verildi
-
Külək 8 balı keçərsə, bu işlər qadağan olunacaq
-
Binəqədidə 6 yeni svetofor quraşdırıldı





