Maraqlı

Növbəti nəsil “Windows” əməliyyat sistemi təqdim ediləcək

6 Mart 2021 08:01
Baxış: 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft" korporasiyasının nümayəndəsi növbəti nəsil "Windows" əməliyyat sistemi haqqında məlumat verib. Bu haqda "Windows Central" portalı məlumat yayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Microsoft"un məhsul üzrə direktoru Panos Panay "Ignite 2021" konfransı çərçivəsində yeni nəsil "Windows" haqqında məlumat verib. "Windows ƏS-nin gələcəyi çox ümidvericidir" - Panay deyib. Korporasiyanın nümayəndəsi dünyada 1 milyarddan çox insanın "Windows" ƏS-dən istifadə etdiyini və sözügedən sistemin onların daha məhsuldar işləməsinə kömək etdiyini nəzərə çatdırıb.

Şirkətin top-meneceri ƏS-nin yeni xüsusiyyətlərini açıqlamayıb və növbəti versiyaların təxmini təqdimetmə tarixini elan etməyib. Lakin digər konfrans iştirakçıları ilə söhbət zamanı Panos çox həyəcanlı olduğunu, "Windows" haqqında xəbərləri paylaşmaq üçün səbirsizliklə gözlədiyini deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.