Maraqlı

“Microsoft” korporasiyası qarışıq reallıq platformasını təqdim edib

4 Mart 2021 20:15
Baxış: 473
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Microsoft" korporasiyası başqa insanlarla işləmək və kommunikasiya qurmaq üçün öz yeni platformasını təqdim edib. "Mesh" adlandırılmış yeni platforma real və virtual dünya arasında bir növ simbiozdur.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Mesh" faktiki olaraq real dünyanı və virtual məkanı birləşdirir, nəticədə fiziki cəhətdən müxtəlif yerlərdə olan insanlar bir-biri ilə qarşılıqlı əlaqə qura bilərlər. Həmçinin onlar müxtəlif 3D obyektlərlə təmasda ola bilərlər. Fiziki cəhətdən başqa yerdə olanlar avatar rejimində təqdim edilib, amma şirkət gələcəkdə bu texnologiyanı bütün istifadəçilərin reallıqda olduğu kimi görünəcəyi bir səviyyəyə yaxınlaşdıracağına söz verib.

Şirkətin nümayəndəsi bildirib ki, "Mesh" platforması yalnız şirkətin öz istehsalı olan "HoloLens" qarışıq reallıq şlemini deyil, həm də kənar istehsalçıların qurğularını dəstəkləyəcək. Həmçinin "Microsoft" kənar istehsalçılar üçün platformaya giriş imkanı təqdim etməyi planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.