Maraqlı

Qlobal mobil trafikin həcmi 226 eksabaytadək artacaq

4 Mart 2021 20:30
Baxış: 474
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ericsson" şirkətinin nümayəndələri Şanxayda "MWC 2021" sərgisi çərçivəsində keçirilən beşinci nəsil mobil rabitə şəbəkələrinin inkişafı üzrə sammitdə şəbəkələrin cari vəziyyəti və perspektivləri barədə söz açıblar.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, şirkətin Şimal-Şərqi Asiya üzrə tədqiqat mərkəzinin baş meneceri Penc Tszyuantsyan 2021-ci ilin yanvarına olan vəziyyətə görə dünyada 123 kommersiya "5G" şəbəkəsinin fəaliyyət göstərməsini bildirib. Onun sözlərinə görə, "5G" dəstəkli buraxılan qurğu modellərinin ümumi sayı 335-ə bərabərdir.

Məlumata görə, dünyada "5G" istifadəçilərinin ümumi sayı 200 milyon nəfəri ötüb. Bununla yanaşı, yeni şəbəkələr tətbiqetmə sürətinə görə dördüncü nəsil mobil rabitə şəbəkələrini (4G) üstələyir. "Ericsson" şirkətinin qiymətləndirməsinə görə, 2026-cı ilədək "5G" istifadəçilərinin sayı 3,5 milyard nəfəri ötəcək. O, həmçinin əlavə edib ki, 2026-cı ildə bütün mobil rabitə məlumatlarının 54 faizi "5G" şəbəkələrinin payına düşəcək.

2021-ci ilin "5G" şəbəkəsinin genişlənməsi üçün əhəmiyyətli il olacağı gözlənilir. İlin sonunadək satışa müxtəlif brendlərin "5G" dəstəkli çoxlu ucuz smartfonunun çıxarılması proqnozlaşdırılır.

Cari qlobal mobil trafikin həcmi 51 eksabayt təşkil edir. 2026-cı ilədək isə onun 225 eksabaytadək artacağı gözlənilir. Hazırda videotrafikin həcmi ümumi mobil trafikin 66 faizini təşkil edir. O, 2026-cı ildə ümumi trafikin 77 faizinə sahib çıxacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.