Təvəkkül nədir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İmam Cavad (ə) buyurur:
"Hər kim Allaha etimad edərsə, Allah şadlığı ona nümayiş etdirər.
Hər kim Allaha təvəkkül edərsə, Allah onun işlərinə kifayət edər.
Allaha etimad etmək - elə bir qaladır ki, ancaq mömin orada mühafizə olunar.
Allaha təvəkkül etmək - hər bir pislikdən nicat tapmaq və hər bir düşmənçilikdən amanda qalmaqdır".
Əziz İmamın (ə) buyuruşundan aydın olur ki:
1. Allah insana kifayət edər. Hər kim Allaha təvəkkül edərsə, Allah onun işlərinə kifayət edər. Necə ki, Quranda buyurulur: "Kim Allaha təvəkkül etsə, O ona kifayət edər". ("Təlaq" 3).
Təvəkkülün həqiqəti budur ki, insan zəhmət çəkər, əziyyətə qatlaşar və öz işini Allaha tapşırar. Çətinliklərinin həll olmasını ondan istəyər. Allah onun çətinliklərindən agah olduğu və onu aradan qaldırmaq qüdrətinə malik olduğu üçün, bu işi görər. O kəsdə ki, təvəkkül ruhu olar, heç bir zaman ümidsiz olmaz.
2. Mömin üçün möhkəm pənahgahdır. İmam Cavad (ə) buyurur ki, hər kim Allaha təvəkkül edərsə, Allahın qalasında qərar tutar ki, ora ancaq möminlər daxil olar və ancaq möminlər orada mühafizə olunarlar. Quran bu haqda buyurur: "Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər". ("Ali-İmran" 160).
"Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər". ("Ənfal" 2).
3. Hər bir pislikdən amanda olmaq. İmam Cavad (ə) buyurur ki, hər kim Allaha təvəkkül edərsə, hər bir pislikdən amanda qalar. Hər kim Allaha etimad edərsə, Allah onu hər cür şərdən və pislikdən qoruyar.
İmam Muhəmməd Təqi (ə) başqa hədisdə buyurur: "Allah Təalaya etimad etmək - hər cür dəyərli şeylərin qiyməti və yüksəkliklərə doğru gedən nərdivandır".
Bu hədisdə buyurulur ki, hər kim Allaha təvəkkül edərsə, hər bir dəyərli şeyə malik ola bilər. Həmçinin elmi və əməli nərdivanda yuxarı qalxa bilər. (Həvzəh)
Allah Təala buyurur: "İman gətirən və saleh işlər görən kəsləri, şübhəsiz altından çaylar axan Cənnət otaqlarında əbədi olaraq yerləşdirəcəyik. (Yaxşı) mükafat necə də gözəldir!
O kəsləri ki, (həm camaat qarşısında vəzifələrini, həm də öz ilahi vəzifələrini yerinə yetirməkdə) səbir etdilər və daim öz Rəbbinə təvəkkül etdilər". ("Ənkəbut" 58-59).
Beləliklə deyə bilərik ki, hər kim Allaha etimad edər və ona təvəkkül edərsə, ancaq xeyir və bərəkət əldə edər. Şərdən və pisliklərdən qorunar.
Təvəkkül, Allahın biz insanlara əta etdiyi dəyərli nemətlərdən biridir ki, onun qədrini bilmək lazımdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
XƏBƏR LENTİ
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı





