Maraqlı

Ağciyərdə yaranan hormon virusun qarşısını alır

6 Mart 2021 21:40
Baxış: 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ağciyərlərdə əmələ gələn melatonin hormonu koronavirusa qarşı maneə rolunu oynayır".

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Braziliyanın San Paulo Universitetinin alimləri bu nəticəyə gəlib.

Alimlər laboratoriya şəraitində müəyyən ediblər ki, melatonin giriş nöqtələrində - burun və ağciyər yollarındakı hüceyrələrdə zülalları kodlayan genləri virusun zədələməsinin qarşısını alır.

Beləliklə, hormon bu toxumaların yoluxmasının qarşısını alır və virusun immunitet reaksiyasını boğur, onu bir neçə gün tənəffüs yollarında saxlayır, sonra başqa bir daşıyıcı tapmaq üçün hərəkətə keçir.

Tədqiqat müəlliflərinə görə, onların kəşfi bəzi insanların koronavirusa yoluxmadığını anlamağa imkan verir.

Mütəxəssislər melatonin hormonunun burun damlaları və ya sprey şəklində koronavirusun inkişafının qarşısını almaq üçün istifadə edilə biləcəyinə əminliklərini vurğulayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.