Maraqlı

“Survivor”da dava düşdü

27 Fevral 2021 19:52
Baxış: 1 565
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ən sevilən proqramlardan olan "Survivor"da yenidən gərgin anlar yaşanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, yemək uğrunda mübarizə aparan "Məşhurlar" və "Könüllülər" komandası arasında dava düşüb.

Yarışın əvvəlində "Məşhurlar" komandası daha çox xal yığıb. Lakin gücünü toplayan "Könüllülər" hesabdakı böyük fərqi aradan qaldıra bilib.

İki müxtəlif komanda üzvləri olan Berkay və Doğanın yarışından sonra isə gərginlik yaşanıb. Belə ki, yarışı qazandığını zənn edən Doğan sevinməyə başlayanda Dora "sən nəyə sevinirsən" deyərək onunla dalaşıb. Sonra mübahisəyə Çağrı da qarışıb. Dava böyüyüb.

Aparıcı Murat Ceylan mübahisənin qarşısını alaraq "daha oyun arenasında dava istəmirik" deyib və iştirakçıları tənbeh edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.