Maraqlı

İnstaqram tarixində ən çox reytinq toplayan fotolar açıqlandı

25 Fevral 2021 21:15
Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnstaqramda bu günədək ən populyar şəkil yumurta olub. Qəribə görünsə də, ağ fonda toyuq yumurtası şəkli 54 milyon bəyənmə və 3,2 milyondan çox şərh alıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunda Techno MBA (Marketing) üzrə təhsil alan Səyyarə Hüseynova Təhsil Nazirliyinin media iştirakçıları üçün keçirdiyi təlimdə öz təqdimatında məlumat verib.

O bildirib ki, reytinqə görə, İnstaqram tarixində ikinci yeri ağac əkini fotosu tutur. Tentree brendi, postu bəyəndikləri üçün ağac əkəcəyini açıqlayıb. Təəccüblü deyil ki, şirkət 15,7 milyondan çox bəyənmə yığmağı bacarıb və bir ildə bəyənmə sayı üzrə üçüncü yerə çıxıb.

Jennifer Aniston bu il bir İnstaqram hesabı açıb və dostları ilk fotosunu yayımlayıb. Görüntü 15,3 milyon bəyənmə toplayıb və reytinqdə dördüncü yeri tutub.

Messinin Maradona ilə vidalaşması da İnstaqram tarixində ən çox reaksiya toplayan fotolardandır. Futbol dünyası 2020-ci ildə əfsanə Diego Maradonanın ölümü ilə ağır zərbə alıb. Messi Maradonaya post həsr etməklə ona qarşı isti münasibətini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.