Maraqlı

AĞIR İTKİ ÜZ VERDİ - Məşhur aktyor dünyasını dəyişdi - FOTO

19 Fevral 2021 22:51
Baxış: 6 513
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin tanınmış kino və teatr aktyoru Toyqun Atəş koronavirusdan vəfat edib.

Milli.Az "Haber Global"a istinadən bildirir ki, COVID-19 diaqnozu ilə xəstəxanada müalicə alan 66 yaşlı aktyor 9 gün ərzində virusa müqavimət göstərib.

Fevralın 6-da test cavabı pozitiv çıxan Atəş İnönü Universitetinin Turqut Özal Tibb Mərkəzinə yerləşdirilib. Onun süni nəfəs aparatına qoşulduğu bildirilib. Lakin görülən bütün tədbirlər tanınmış aktyorun həyatını xilas etmək üçün kifayə olmayıb.

Qeyd edək ki, Toyqun Atəş "Aşkı-Məmnu" (gəmi kapitanı), "Fatmagülün günahı nə?" (Emin) və "Möhtəşəm yüz il. Kösəm" (Sofu Sinan paşa) kimi seriallarda canlandırdığı obrazlarla Azərbaycan tamaşaçısına yaxşı tanış idi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.