Maraqlı

Nejat İşlər mükafatlandırıldı

18 Fevral 2021 10:42
Baxış: 704
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu günə qədər bir çox uğurlu layihələrə imza atan aktyor Nejat İşler mükafata layiq görülüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onun sonuncu dəfə rol aldığı "9.75" filmi 16-24  yanvar tarixlərində Banqladeşdə keçirilən "19-cu Dəkkə Beynəlxalq Film Festivalı"nda yarışan ekran əsərləri arasında olub.

Filmdə baş rolu canlandıran Nejat İşler "ən yaxşı aktyor" nominasiyasında qalib gələrək, mükafatlandırılıb. Ekran əsərinin rejissoru Uluç Bayraktardır.

Layihənin digər rollarında Funda Eryiğit və Berkay Ateş kimi aktyorlar çəkiliblər.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.