Bu günə qədər bir çox uğurlu layihələrə imza atan aktyor Nejat İşler mükafata layiq görülüb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, onun sonuncu dəfə rol aldığı "9.75" filmi 16-24 yanvar tarixlərində Banqladeşdə keçirilən "19-cu Dəkkə Beynəlxalq Film Festivalı"nda yarışan ekran əsərləri arasında olub.
Filmdə baş rolu canlandıran Nejat İşler "ən yaxşı aktyor" nominasiyasında qalib gələrək, mükafatlandırılıb. Ekran əsərinin rejissoru Uluç Bayraktardır.
Layihənin digər rollarında Funda Eryiğit və Berkay Ateş kimi aktyorlar çəkiliblər.
Milli.Az