Maraqlı

“Facebook” “ağıllı” saatı hazırlanır

18 Fevral 2021 19:50
Baxış: 501
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Facebook" şirkəti "ağıllı" saat hazırlamağa başlayıb. Saat vasitəsilə istifadəçilər "Facebook" servislərindən bildirişlər göndərə, xüsusi mobil əlavələrin köməyi ilə sağlamlıq vəziyyətini izləyə və fitnes üçün funksiyalardan istifadə edə biləcəklər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Verge" nəşrinin məlumatına görə, saat "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək. Bundan başqa, ilkin məlumatlara görə, "Facebook" növbəti nəsil "ağıllı" saatlarda işləyəcək sistem hazırlayır.

Bildirilir ki, "Facebook" "ağıllı" saatı smartfondan asılı olmayaraq mobil rabitə vasitəsilə işləyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.