Maraqlı

Xiaomi 30 milyon yatırım ilə Türkiyədə istehsala başlayır

11 Fevral 2021 19:50
Baxış: 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin texnologiya nəhəngi Xiaomi Türkiyədə istehsala başlayacağını açıqlayıb. Yeni fabrikin Türkiyədə təsis edilməsi üçün 30 milyon dollar yatırım edən şirkət 2022-ci ilin birinci rübündə istehsala başlayacaq. Illik 5 milyon telefon istehsal etməyi planlaşdıran şirkət bunun üçün 2000 şəxsi işlə də təmin edəcək.

Milli.Az techland.az-a istinadən bildirir ki, Xiaomi-nin Türkiyə üzrə rəsmi nümayəndəsi Usher Liu açıqlamasında Türkiyə xalqında təşəkkür edərək, "Bizi ilk gündən bəri dəstəkləyərək ölkədə bir nömrəli smartfon edən və ən sevilən texnologiya markası kimi qəbul edən Türkiyə xalqına təşəkkür edirəm." deyib.

Xiaomi-dən başqa digər smartfon istehsalçıları Oppo və Tecno da Türkiyəyə investisiya qoymaq qərarına gəldiklərini və 2021-ci ildə istehsala başlayacaqlarını açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.