Maraqlı

İran yerli peyk daşıyıcısı "Zülcənah"ı sınaqdan keçirdi

4 Fevral 2021 20:50
Baxış: 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Müdafiə Nazirliyi yeni peyk daşıyıcı raketinin bu gün (2 fevral) kosmosa uğurla buraxıldığını bildirib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İran Müdafiə Nazirliyinin açıqlamasında, peykləri kosmosa buraxmaq üçün Zülcənah adlı raketin yerli istehsal raketləri arasında ən güclü qatı yanacaq mühərrikinə malik olduğu qeyd edilib.

Açıqlamada bu raketin 220 kiloqramlıq peyki 500 kilometr hündürlüyə daşıma qabiliyyətinin olduğunu və bunun bir sınaq olduğu bildirilib.

İran kosmik raketlərdə ilk dəfə qatı yanacaqdan istifadə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.