Maraqlı

“Apple” şirkəti “iPhone”da daha üç kritik boşluğu aradan qaldırıb

2 Fevral 2021 21:45
Baxış: 618
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Smartfonları üçün əməliyyat sisteminin son versiyasında üç "sıfır-gün boşluğu"nu, yəni təhlükəsizlik sistemində aşkar edilmiş boşluqları aradan qaldırıb. Təhlükəsizlik paketi "iOS 14.4"ə inteqrasiya edilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, şirkətə sözügedən boşluqlar haqqında kibertəhlükəsizlik sahəsində çalışan anonim mütəxəssis məlumat verib. Həmin boşluqlardan birincisi əməliyyat sisteminin nüvəsinə müdaxilə edərək zərərverici kod üçün imtiyazların əldə edilməsini mümkün edirdi. Digər iki boşluq "WebKit" mühərrikində aşkar edilib və onu sistemə müdaxilə üçün alətə çevirmişdilər.

Xatırladaq ki, ötən ilin noyabrında "Google"un əməkdaşları, həmçinin "iOS" mobil əməliyyat sistemində üç "sıfır-gün boşluğu" aşkar etmişdilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.