Maraqlı

“Windows” sistemi oğurluqdan qoruma funksiyası ilə təchiz ediləcək

30 Yanvar 2021 20:45
Baxış: 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Windows 10X" əməliyyat sistemi qurğunu oğurluqdan qoruma funksiyası ilə təchiz ediləcək. Bu barədə "Bleeping Computer" nəşrinin məlumatında deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, əməliyyat sisteminin əvvəlki quraşdırmalarını tədqiq edən mütəxəssislər tərəfindən onu qoruma funksiyasının quraşdırılması aşkarlanıb. İstifadəçi "Windows" sisteminin quraşdırmalarını zavod parametrlərinə qaytarmağa və informasiyanı toplayıcıdan silməyə çalışdıqda sistem ondan parol və ya PİN kodu daxil etməyi tələb edəcək. Təsdiqləmə kodunun daxil edilməsi mütləqdir. "Oğurluqdan qoruma" (Anti-theft protection) funksiyasını "Windows" quraşdırmalarında aktivləşdirmək mümkündür.

Aktual "Windows" versiyalarında belə funksiya mövcud deyil. Beləliklə, kompüterdən istifadə edən istənilən şəxs quraşdırmalara daxil olaraq qurğudakı bütün informasiyanı silə bilər.

Jurnalistlərin fikrincə, oğurluqdan qoruma funksiyası "Windows 10X" sistemində daha çox tələb ediləcək. Buna səbəb kimi sistemin ilk növbədə portativ kompüterlər üçün nəzərdə tutulması göstərilir. Bununla belə, müəlliflər "Windows 10" sisteminin fərdi kompüterlər üçün versiyasında analoji funksiyanın yaradılacağını gözləyirlər.

Buraxılışı 2021-ci ilin ortalarına planlaşdırılan "Windows 10X" əməliyyat sistemi əvvəlcə zəif məhsuldarlığa malik noutbuklar üçün nəzərdə tutulacaq. Gələcəkdə əməliyyat sisteminin ikiekranlı qurğular dəstəyi ilə təmin ediləcəyi gözlənilir.

Nizam Nuriyev

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.