Maraqlı

“WhatsApp” messencerində yeni funksiya istifadəyə veriləcək

19 Yanvar 2021 20:30
Baxış: 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WhatsApp" messencerində böyük həcmli mesaj massivi ilə işləməyi asanlaşdıracaq "Read Later" (sonra oxumaq) funksiyası istifadəyə veriləcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni funksiya "Archive"i (arxiv) əvəz edəcək. Yeni funksiya messencerin "Android" üçün versiyalarında beta sınaqdan keçirilir. Tezliklə başqa platformalar üçün də əlçatan ola bilər.

Əvvəllər arxivləşdirmə vaxtı istifadəçiyə mesaj göndərilməsi dayandırılırdı, indi isə bölmə yuxarıda bərkidiləcək, istifadəçilər mesajları həmin bölmədə görə biləcək, amma bildiriş gəlməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.