Səudiyyə Ərəbistanında futuristik şəhər layihəsinin təqdimatı olub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın rəhbərlik etdiyi NEOM şirkəti təbiətlə insanların harmoniya şəraitində yaşayacağı futuristik şəhərin salınması üzrə yeni "The Line" layihəsinin təqdimatını edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu layihə urbanizasiya tarixində inqilab kimi qiymətləndirilib.
Təxminən 170 kilometrlik ərazini əhatə edəcək yeni şəhərdə insanlar avtomobillər olmadan, təmiz ekoloji şəraitdə və fərqli infrastrukturdan istifadə etməklə yaşayacaq. Onun salınması üçün Səudiyyə Ərəbistanı hökuməti 48 milyard dollar vəsait ayıracaq və 380 min iş yeri açılacaq.
Vəliəhd şahzadə Məhəmməd bin Salman layihənin təqdimat mərasimində bildirib: "Tarix boyu şəhərlər öz vətəndaşlarını qorumaq üçün salınıb. Sənayeləşmə inqilabından sonra maşınlar, fabriklər onları yaşanılmaz hala gətirib. Proqnozlar göstərir ki, 2050-ci ildə 1 milyarddan çox insan karbon qazı emissiyası və dəniz səviyyəsinin qalxması səbəbindən şəhərləri tərk edəcək. Biz təbiəti inkişaf naminə qurban verməməliyik. Təkcə çirklənmə səbəbindən hər il 7 milyon insan həyatını itirir, 1 milyon nəfər isə avtomobil qəzalarında həlak olur. Bu səbəblərdən bizim yeni layihədə 1 milyon şəhər sakini avtomobilsiz, küçələrsiz və sıfır karbon qazı emissiyası olacağı futuristik şəhərdə yaşayacaq".
Uzun kəmər formasında inşa ediləcək futuristik şəhərdə bütün zəruri xidmət sahələri, habelə məktəblər, xəstəxanalar, istirahət məkanları elə yaxın dizayn ediləcək ki, insanlar müasir nəqliyyat vasitələrindən istifadə etməsinlər. Bundan başqa, texnologiyanın ən son nailiyyətləri tətbiq edilməklə, şəhər sakinlərinin digər məntəqələrə səyahəti üçün elektromobillərdən istifadə olunacaq. "Ağıllı şəhər"də süni intellektin də geniş tətbiqi nəzərdə tutulur.
Futuristik şəhərin inşasına yaxın aylarda başlanacaq. Əsas sponsor qismində Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu çıxış edəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
XƏBƏR LENTİ
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib





