Maraqlı

“SPHEREx” teleskopunun inşasına başlanılıb

9 Yanvar 2021 08:01
Baxış: 693
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Koreyanın Elm Nazirliyi ABŞ Kosmik Agentliyi (NASA) və Kaliforniya Texnoloji İnstitutu ilə birgə layihə çərçivəsində kosmik teleskopun inşasına başlayıb. Söhbət erkən kainat, o cümlədən buzun yayılması və mümkün bioloji həyatın tədqiqinə kömək edəcək "SPHEREx" layihəsindən gedir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, nazirliyin məlumatına görə, "SPHEREx" layihəsinin (kainat tarixi, regionlaşma və buz dövrünün tədqiqi üçün spektrofotometr) son versiyasının təsdiqlənməsi teleskop sistemlərinin yaradılmasına başlamaq üçün yol açıb. Cənubi Koreyanın "KASI" institutu ABŞ-dan kənarda gələcək teleskopun hissələrinin yaradılması ilə məşğul olacaq yeganə institut olub. İnstitut fotoşəkillərin çəkilməsi üçün filtrlərin yaradılmasına, eləcə də teleskop sistemlərinin kalibrlənməsi sisteminə görə məsuliyyət daşıyır.

Plana əsasən, 2023-cü ilin dekabrında start götürəcək "SPHEREx" missiyası iki il ərzində göy qübbəsini dörd dəfə coğrafiya xəritəsinə köçürəcək. Çəkiliş yaxın infraqırmızı diapazonda 102 dalğa uzunluğunda aparılacaq. "Bu, ağ-qara rəngli şəkillərdən rənglilərə və ya Kanzasdan Oz ölkəsinə (bədii əsərdə uydurma ölkə) keçidə bənzəyir", - ABŞ Kosmik Agentliyinin reaktiv hərəkət laboratoriyasında "SPHEREx" layihəsinin idarəedicisi Allen Farrinqton bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.