Maraqlı

Bondun sevgilisinin ölüm xəbəri yalan çıxdı

5 Yanvar 2021 23:23
Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün "Agent 007" filmində Ceyms Bondun sevgilisi obrazını canlandıran aktrisa Tanya Robertsin ölüm xəbəri yalan çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Associated Press"in yaydığı məlumata görə, 65 yaşlı aktrisa hazırda reanimasiyadadır.

Dünən aktrisanın vəfat etdiyini deyən Tanyanın nümayəndəsi Pinqel bu gün sözlərini təkzib edib.

O bildirib ki, ölüm xəbərini ona sənətçinin həmkarı Roberts Lans O Brayen verib.

Həkimlər Robertsə aktrisanın vəziyyətinin kritik olduğunu və yaşamaq üçün heç bir şansı olmadığını bildiriblər. Daha sonra O Brayen Tanya ilə vidalaşmaq üçün reanimasiyaya girib və onu qucaqlayıb. Son dəqiqələrdə aktrisa gözlərini açıb.

Qeyd edək ki, Tanya Roberts Milad günü ərəfəsində iti ilə gəzməyə çıxmışdı. Evinə qayıdarkən yolda yıxılıb və kəllə-beyin travması almışdı. Xəstəxanaya yerləşdirilən aktrisanı həkimlər süni nəfəs aparatına qoşmuşdular.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.