Maraqlı

Quşları çəkən fotoqraf 9 milyonluq sərvət tapdı - FOTO

28 Dekabr 2020 22:15
Baxış: 1 974
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərədə quşları çəkən fotoqraf gözləmədiyi halda sürprizlə qarşılaşıb.

Milli.Az xəbər verir ki, o, quşları izlədiyi zaman qarşısına qədim sandıq çıxıb.

Belə ki 2 min il yaşı olan sandığın içərisindən 1 milyon 144 min dollar (təxminən 9 milyon Türkiyə lirəsi) dəyərində qızıl çıxıb.

Hadisə antik şəhər qalıqlarının olduğu yerdə baş verib.

"Axşam tarlada quşları izləyir, şəkillərini çəkirdim. Bir qartalla sağsağanın dalaşmasını izlədim. Ərazidə qəribə bir əşya gördüm.

Öncə elə bildim ki, metal bur qurğudur. Yaxınlaşanda gördüm sandıqdır. Qapağını açdım, Kelt dövrünə aid qızılları gördüm" - deyə, fotoqraf bildirib. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.