Maraqlı

Məşhur model evində ölü tapıldı

24 Dekabr 2020 13:26
Baxış: 956
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

90-cı illərin ən populyar modellərindən biri olan Stella Tennant 50 yaşını qeyd etdikdən bir neçə gün sonra qəflətən vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ailə üzvləri modelin evində cansız bədəninin tapıldığını açıqlayıb.

Stallanın iki gün əvvəl dünyasını dəyişdiyi qeyd edilsə də, ölüm səbəbi barədə məlumat verilməyib. Polis araşdırmalarından sonra şübhəli bir vəziyyət olmadığı açıqlanıb.

Qeyd edək ki, Stella Tennant 1993-cü ildə "Vogue" jurnalının İngiltərədəki nəşrinə verdiyi poza ilə karyerasında böyük sıçrayış edib. Daha sonra məşhur şirkətlərin tanıtım siması olaraq çalışıb, dünyaca populyar birinə çevrilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.