Maraqlı

Yuxusuzluq yaradan ərzaqların adları açıqlanıb

22 Dekabr 2020 08:08
Baxış: 1 086
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yaxşı yata bilmirsinizsə, yatmazdan əvvəl qida tənzimləmələri aparmalısınız".

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu tanınmış rusiyalı aparıcı və həkim Yelena Malışeva yuxu keyfiyyətini pozan qidaların adını açıqlayarkən deyib.

O, yuxusuzluqdan əziyyət çəkən insanlar üçün ilk növbədə alkoqolu istisna etməyi tövsiyə edib, çünki ona görə yuxu fasiləli və natamam olur.

Siyahıda yuxu rejiminə mənfi təsir edən qəhvə də var.

"Birincisi, o, zəif psixostimulyatordur, ikincisi, güclü sidikqovucu vasitədir", - deyə aparıcı izah edib.

Malışeva yağlı, ədvalı qidaların narahatlığa və mədə qıcqırmasına səbəb ola biləcəyini, bunun nəticəsində insanın yuxuya getməkdə çətinlik çəkdiyini qeyd edib.

O, yatmazdan əvvəl sağlam bir qəlyanaltı olaraq kefir, püstə, albalı, hinduşka əti, ispanaq və küncüt toxumlarını təklif edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.