Maraqlı

Şanxayda turistlər üçün populyar marşrut xəttində ilk “ağıllı” robot istifadəyə verilib

19 Dekabr 2020 20:50
Baxış: 604
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şanxayda istifadəyə verilmiş ilk "ağıllı" robot meqapolisin turistlər arasında ən populyar marşrut xəttində sərnişinlərə məlumat vərəqələri paylamağa başlayıb. Bu haqda yerli "Shine" informasiya resursu məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, robot 49 nömrəli avtobus marşrutunun dayanacaqlarından birində yerləşdirilib. Hündürlüyü 1 metr olan robot avtobus konduktorunun uniforması rəngində rənglənib, robotun üz hissəsində isə qoruyucu tibbi maska var. Robot səsli rejimdə sərnişinlərlə ünsiyyət saxlaya bilir, başa toxunuşa isə reaksiya olaraq sorğu üzrə məlumat vərəqələrinin verilməsi rejimini aktivləşdirir. Robot sınaq rejimində avtobusun hərəkət marşrutu və hava proqnozu barədə məlumat verir.

Robot bütün informasiyanı yalnız səsləndirmir, həm də mətn şəklində ekrana çıxarır. Sorğu üzrə əlavə məlumatların əldə edilməsi üçün robot yaxınlıqdakı "Wi-Fi" giriş nöqtələrinə qoşula bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.