Müğənni Zeynep Dizdar maraqlı açıqlamaları ilə diqqət çəkib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi qatıldığı proqramlardan birində Tarkanın vokalisti olduğunu etiraf edib.
"Biz 4 vokalist idik. Bir gün Tarkan səhnədə oxuyarkən mikrofonu düşdü. Lakin tamaşaçılar bunu hiss etmədi. O Peşəkarcasına oxumağa davam etdi. O qədər yaxşı insan idi ki... Konsertlərdən sonra uzun yemək masaları təşkil olunurdu. Bizimlə deyib-gülürdü", - Dizdar bildirib.
Milli.Az