Maraqlı

ABŞ TikTok'la ilə bağlı qərar qəbul etdi

15 Dekabr 2020 22:10
Baxış: 952
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Federal Məhkəməsi TikTok platformasının qadağan edilməsini bir müddət təxirə salan qərar qəbul edib.

Milli.Az techland.az-a istinadən bildirir ki, ABŞ hökumətinin TikTok platformasının ölkə ərazisində istifadəsinin qadağan edilməsi üçün verilən möhlət bir müddət əvvəl başa çatmış və uzadılmışdı. Bir neçə gün əvvəl isə uzadılan müddət də sona çatmış, ancaq buna baxmayaraq, TikTok platformasına heç bir sanksiya tətbiq edilməmişdi. İndi isə Federal Məhkəmə məsələ ilə bağlı qərar verib ki, bu yeni qərar platformanın yaxın günlərdə qadağan edilməsi ehtimalını aradan götürür.

Xatırladaq ki, yanvar ayında Ağ Evdə prezident kürsüsü yeni sahibinə veriləcək və Co Bayden ölkənin yeni prezidenti olacaq. Baydenin gəlişi ilə ABŞ-Çin münasibətlərinin necə formalaşacağı isə olduqca maraq doğurur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.