Maraqlı

Ucuz “LG” smartfonlarının istehsalı ilə tərəfdaşlar məşğul olacaq

15 Dekabr 2020 20:55
Baxış: 559
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"LG" şirkəti ziyanla işləyən smartfon istehsalı bölməsini yenidən quraraq diqqəti qabaqcıl modellərə yönəldəcək, aşağı və orta səviyyəli modellərin istehsalını isə müqavilə əsasında fəaliyyət göstərən tərəfdaşlara həvalə etməyi planlaşdırır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, bu, "LG" markalı qurğuların layihələndirilməsi və buraxılışı ilə kənar şirkətlərin məşğul olacağı deməkdir. Rəyi soruşulan analitiklərin fikrincə, Cənubi Koreya şirkəti bu üsulla xərcləri minimuma endirmək və Çin istehsalçıları ilə uğurla rəqabət aparmaq niyyətindədir.

"LG" smartfonlar biznesi ardıcıl 22 rübdür əməliyyat itkiləri ilə üzləşir. Hazırda şirkət nəzdində "ODM" istehsalçıları - sifariş əsasında məhsullar buraxan şirkətlərlə münasibətlər quracaq yeni struktur yaradılıb. Şirkət potensial tərəfdaşların adını açıqlamayıb.

Bununla yanaşı, "LG" tədqiqat və istehsal ilə əlaqədar bir sıra vəzifələri ixtisar edib.

Qeyd edək ki, "LG" uzun müddətdir smartfonlar bazarının liderlər qrupunu tərk edib. 2013-cü ilin birinci rübündə üçüncü ən böyük istehsalçı olan Cənubi Koreya şirkəti bu ilin üçüncü rübünün yekunları üzrə hətta ilk yeddiliyə daxil olmayaraq "Huawei", "Xiaomi", "Oppo" və "Vivo" şirkətlərindən geri qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.