Maraqlı

Peyvəndin məqsədi ölüm sayını azaltmaqdır

12 Dekabr 2020 20:55
Baxış: 965
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pandemiyaya qarşı tətbiq olunan birinci nəsil peyvəndlərin məqsədi ölüm sayını azaltmaqdan ibarətdir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib. Pandemiyanın qarşısını almaq üçün tətbiq olunacaq peyvənd barədə danışan mütəxəssis vurğulayıb ki, binci nəsil peyvəndlər heç də məsələni kökündən həll etmir. Onun sözlərinə görə, insanlarımız xüsusilə diqqətli olmalıdır ki, Azərbaycanda qarşıdakı aylarda birinci nəsil peyvəndin tətbiqinə başlanarsa, bu, heç də daha peyvənd tapıldı, qaydalara əməl etməyə gərək yoxdur anlamına gəlmir: "İnsanlarımız bilməlidir ki, tətbiq olunan peyvəndlərin məqsədi ölüm sayını azaltmaqdan ibarətdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.