Maraqlı

“Microsoft” korporasiyası “Windows” sistemində aşkar edilmiş kritik boşluğu tanımayıb

8 Dekabr 2020 21:20
Baxış: 689
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Windows" sistemində korporativ alətlər vasitəsilə müdaxilə imkanı aşkar edilib.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, Avstriyanın "SEC Consult" şirkətinin mütəxəssisləri "Microsoft"un  əməliyyat sisteminin kodunda boşluq aşkar ediblər. Onların sözlərinə görə, sözügedən problem korporativ şəbəkələrdə cihazların tənzimlənməsi üçün alətlər dəsti olan "Microsoft Autopilot" sistemində aşkar edilib. Sistem boşluğu istənilən şəbəkə istifadəçisinə öz imtiyazını administrator səviyyəsinədək yüksəltməyə və şəbəkəni öz nəzarəti altına keçirməyə imkan verir.
 
Kritik boşluğun təsvirinə əsasən, haker şəbəkədən müəyyən qurğunu ayıra, sonra yeni istifadəçi yarada və onu qeyri-məhdud səlahiyyətlərlə təmin edə bilər. "SEC Consult" şirkətinin mühəndisləri "Microsoft"a müraciət ediblər, ancaq korporasiya ilk əvvəl onları ciddiyə almayıb. Təkrar müraciət vaxtı isə ABŞ korporasiyasının nümayəndəsi deyib ki, problemin mövcudluğunu tanımır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.