Maraqlı

Aktrisa göz yaşlarına hakim ola bilmədi

6 Dekabr 2020 12:33
Baxış: 1 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli aktrisa Pelin Karahanın yeni layihəsi bəlli olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa uzun müddət aradan sonra yenidən ekrana qayıdır. Pelin bu dəfə "Dalgalar ve İzler" adlı ekran işində rol alacaq. Filmdə ana və qızının hekayəsindən bəhs olunur.

Karahan ekran işinin çox kədərli və qəmli ssenarisi olduğunu hətta oxuyarkən gözyaşlarına boğulduğunu bildirib:

"Ekran işində ana obrazındayam və balaca qızım var. Onlar həyatları boyunca bir çox faciə ilə üzləşirlər. Film real hadisələr əsasında lentə alınır. Buna görə də oxuyanda çox təsirləndim. Gözyaşlarımı saxlaya bilmədim. İnanıram ki, gözəl film olacaq".

Artıq yeni ekran işinin çəkilişlərinə start verilib. Filmin ssenari müəllifi Yasemen Zorludur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.