Maraqlı

Şok: Korona diş tökülməsinə səbəb olur - Araşdırma

5 Dekabr 2020 16:23
Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ mütəxəssisləri koronavirusa yoluxan xəstələrdə diş xəstəliklərinin sayının artdığını açıqlayıb. Araşdırmalara görə, uzun müddətli COVİD-19 simptomları müşahidə olunan xəstələrin dişlərini itirdiyi müəyyən olunub.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, tədqiqatçılar dişlərin tökülməsinin yeni növ koronavirusun uzunmüddətli təsirlərindən biri olaraq da qəbul edilməli olduğunu bildirib.

8 həftə və ya daha uzun müddət koronavirus simptomları daşıyanlarda bu ortaya çıxır. Ən çox müşahidə olunan simptomlara yorğunluq, saç tökülməsi, ürək ritminin pozulması, baş ağrısı, əzələ ağrısı, nəfəs almaqda çətinlik, fokuslanma problemi, üşütmə və titrəmə, yuxusuzluq, ishal və yüksək hərarət daxildir.

43 yaşlı qadının COVID-19-a yoluxduqdan bir ay sonra ön dişi düşüb.

12 yaşlı bir uşağın COVID-19-da yoluxmasından 9 ay sonra iki dişi düşüb.

Alimlər koronavirusun diş ətlərinə yoluxaraq, qan damarlarına zərər verə biləcəyini düşünürlər. Ancaq vəziyyətin səbəbi hələ elmi olaraq açıq şəkildə ortaya qoyulmayıb.

Lakin İngilis Diş Dərnəyi Birliyi artan diş sağlamlığı problemlərinin səbəbi kimi epidemiyaya görə insanların stomatoloqa gəlməmələri olduğunu düşünür. Dərnək bu il korona səbəbiylə 19 milyon xəstənin həkimlə görüşünün təxirə salındığını açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.