Maraqlı

Galaxy Z Fold 3 smartfonu Galaxy Note seriyasını tamamilə ləğv edəcək

26 Noyabr 2020 21:25
Baxış: 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsayderlər artıq dəfərlərlə xəbər veriblər ki, Samsung şirkəti Galaxy S seriyasını və qatlana bilən Galaxy Z Fold 3-ü smartfonunu S Pen stilusu ilə təchiz etməyi panlaşdırır. İnayderlərin yeni hesabatları qatlana bilən Galaxy Z Fold 3 smartfonunun güman olunan satış tarixini özündə birləşdirir. Bununla yanaşı hesabatdakı məlumata əsasən Samsung şirkəti Galaxy Note seriyasından ümumiyyətlə imtina etmək niyyətindədir. Bu barədə Wccftech saytı xəbər verib.

Verilmiş yeni məlumata əsasən Samsung-un 2021-c ildə satışa çıxardacağı yeni qatlana bilən smartfonu dözümlü ekran örtüyü sayəsində S Pen stilusunu dəstəkləyəcək. Bu halda Galaxy Note seriyasının yeni modelləri satışa çıxmayacaqlar. Belə ki, Galaxy Note seriyasının fərqləndirici özəlliyi olan S Pen stilusu Samsung-un digər smartfonlarında dəstəklənəcək. Bununla yanaşı təqdim edilmiş hesabatda ekranın alt hissəsinə kamera modulunun yerləşdirilməsindən də bəhs edilir. Güman olunur ki, Galaxy Z Fold 3 smartfonunda ön kamera məhz bu cür texnologiya üzrə reallaşdırılacaq. Güman olunur ki, Galaxy Z Fold 3-ün təqdimatı gələn ilin iyun ayında baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.