İy və dadbilmənin olmaması şübhələnməyə əsas verir- Həkimdən XƏBƏRDARLIQ!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bütün yaş qruplarında koronavirusa yoluxma halları olur. Yaşından asılı olmayaraq hamı yoluxma üçün risk qrupundadır.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.
Onun sözlərinə görə, ölüm halları daha çox yaşlı, xroniki xəstəliyi olanlar, gec müraciət edib, uzun müddət xəstəxanada yatanlar arasında olur: "İy və dadbilmənin olmaması şübhələnməyə əsas verir ki, həmin şəxs koronavirusa yoluxub. Ola bilsin ki, həmin adamlarda qızdırma bir gün olsun, sonra olmasın. Qızdırma olmadan iy və dadbilmə itibsə, həmin şəxs mütləq koronavirus testindən keçməlidir. Çünki onlar daha çox risk qrupuna aiddir".
Həkim deyib ki, havanın soyuması ilə əlaqədar koronavirusa yoluxma sayı arta bilər. Son günlərdə hava soyuq keçir, qapalı məkanlardan istifadə sıxlığı daha da artacaq: "İndi insanlar bir-biri ilə açıq havada görüşmürlər və məsafə nə qədər daralırsa, virusun ötürülmə riski, faizi bir o qədər yüksəlir".
V.Əliyev qeyd edib ki, hazırkı durum heç də yaxşı deyil: "Testlərin sayı artırıldığı zaman yoluxma sayı da bir o qədər çox olur. Bəzən yoluxma sayının az olduğunu görürük, amma həmin günlərdə test sayı daha aşağı olur. Testlərin təxminən 10 faizi pozitiv çıxır. Test sayı 10 min olanda yoluxma sayı 1000, 12 min olanda təxminən 1200 olur. Yəni, test sayı nə qədər artarsa, testin pozitiv çıxması o qədər yüksəkdir. Havaların soyuması, xəstələrin çoxluğunu nəzərə alaraq yoluxma hallarının artacağanı düşünürəm".
Mütəxəssis onu da bildirib ki, Azərbaycanın müharibəni qalibiyyətlə başa vurması yaxşı xəbərdir: "İnsanların diqqəti ön cəbhədən daha çox arxa cəbhəyə yönələcək. İstər yaralılara baş çəkilməsi, istərsə də şəhid olanların dəfn mərasimləri insanların yığışması üçün bir səbəb olacaq. Burada da insanlar kütləvi halda toplaşdıqlarına görə COVID-li insanların bu cür mərasimlərə gəlməmələri tövsiyə olunur. Ən azından bunu gizlətməməli və insanlara bildirməlidirlər. Bəzən insanlar yaxşılıq etmək istədiyini düşündüyü zaman neçə insanı yoluxdura bilər. Ona görə xəstə insanlar evdən çölə çıxmamalıdırlar. Bu cür torplanışlara görə xəstəliyə yoluxma sayı yenidən artıma doğru gedə bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Elə olub ki, evdə tonqal da qalayıblar” - (Video)
-
Evlərdə vantilyator istifadəsi ilə bağlı "həyati" xəbərdarlıq
-
Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş
-
Ali Öner "Taşacak bu deniz"dən getdi (Foto)
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səbirli olmaq gərginliyin qarşısını alacaq
-
Şüyüdlü krep ruleti resepti
XƏBƏR LENTİ
-
Messi sualına cavab vermədi
-
“Elə olub ki, evdə tonqal da qalayıblar” - (Video)
-
Evlərdə vantilyator istifadəsi ilə bağlı "həyati" xəbərdarlıq
-
Gəncədə faciəvi şəkildə ölən 22 yaşlı kuryerin (Fotosu)
-
Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş
-
Ali Öner "Taşacak bu deniz"dən getdi (Foto)
-
Gəncədə ağır qəza - sürücü ölüb (Foto)
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səbirli olmaq gərginliyin qarşısını alacaq
-
Ərdoğan: Avropa ölkələri daha çox məsuliyyət götürməlidir
-
Pezeşkian: Tehran Vaşinqtona etibar etmir
-
Dünya Kubokunda penalti seriyasında qaydalar dəyişir
-
Məleykə Abbaszadə: "İmtahan stresinin əsas səbəbi valideynlərin yüksək gözləntiləridir"
-
“Azərxalça” və Faiq Əhməd “Eskizdən xalçaya” eksklüziv kolleksiyasını təqdim etdilər – İçərişəhərdə yeni şourumun açılışı olub - FOTO
-
Pezeşkian Pakistanda İslam ölkələrinə çağırış edib
-
DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib - Yenilənib
-
Yasamal və Nizami rayonlarında işıq olmayacaq
-
Ronaldo “Ginnesin Rekordlar Kitabı”na düşdü - (Foto)
-
DİM sədri: Məktəb təhsili ilə imtahanlarda uğur qazanmaq mümkündür
-
Məleykə Abbaszadə keçid ballarının yüksəlməsi məsələsinə aydınlıq gətirdi
-
Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinə üzv seçilib
-
Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür - DİM sədri
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Prezidenti ilə görüşündən görüntülər paylaşılıb (Video)
-
Ronaldo altı fərqli mundialda qol vuran ilk futbolçu olub
-
Əhməd Rəcəblidə hərəkət qismən məhdudlaşdırılacaq





