Maraqlı

“Apple” və “Google” şirkətləri istifadəçiləri qanunsuz izləməkdə ittiham edilib

19 Noyabr 2020 20:55
Baxış: 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya və Almaniya sakinləri "Apple" şirkətini "iPhone" istifadəçilərini qanunsuz izləməkdə ittiham ediblər. "Google" şirkəti istifadəçilərin şəxsi informasiyasını ötürmək üçün onların trafikindən istifadə etdiyinə görə məhkəməyə verilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, NOYB" (None of Your Business) təşəbbüs qrupunun iştirakçıları bildiriblər ki, "Apple" şirkəti "iPhone" istifadəçilərinin razılığı və xəbəri olmadan onları izləmək üçün unikal IDFA izləmə nömrəsindən istifadə edir. Aktivistlərin sözlərinə görə, bu, Avropa Birliyinin məxfilik qanunlarına ziddir.

"Apple"ın rəsmiləri bildiriblər ki, IDFA izləmə nömrəsindən istifadə qaydaları elə dəyişdiriləcək ki, üçüncü şəxslər ona giriş imkanına malik olmasınlar. Ancaq şirkət istifadəçiləri izləməyə davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.