Maraqlı

Pandemiya depressiyaları 3 dəfə artırıb

31 Oktyabr 2020 20:15
Baxış: 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Covid-19 pandemiyası zamanı depressiya halları üç dəfə artıb.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, depressiya və narahatlıq pozğunluğunun yeni tip koronavirus (Covid-19) pandemiyası dövründə üç dəfə artdığı məlum olub.

Avstriya, İngiltərə və Belçika mütəxəssisləri tərəfindən aparılan araşdırmada, ciddi narahatlıq pozğunluqları və depressiya simptomları bildirənlərin nisbətinin aprel ayından bu yana 52 faizə çatdığı və bu nisbətin epidemiyadan əvvəl 17 faiz olduğu ifadə edilib.

Araşdırmaya görə, depressiya və narahatlıq pozğunluğu pandemiya dövründə ən çox gənclərdə, qadınlarda, işsizlərdə və az gəlirli insanlarda görülür.

Araşdırmaçılardan biri doktor Jaime Delgadillo insanların zehni sağlamlığı ilə əlaqədar vacib və təcili bir vəziyyətə diqqət çəkmək istədiklərini deyib və qeyd edib ki, belə bir çətin müddətdə zehni sağlamlığa daha çox diqqət yetirilməlidir.

İngiltərənin Milli Statistika İdarəsinin məlumatlarına görə,  ölkədə Covid-19 pandemiyası zamanı görülən depressiya hallarına dair yayımlanan hesabatda, epidemiyanın başlandığı günədək 10 nəfərdən birində depressiya əlamətləri müşahidə edildiyi, amma pandemiya dövründə hər 5 şıəxsdən birində depressiya əlamətləri yarandığı qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.