Aşağı nəbz qorxuludurmu?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnsanların bir qismində nəbz aşağı olur. Bu, bir çoxlarını narahat etsə də, bəzilərində hər hansı narahatlıq yaratmır. Nəbzin aşağı, ürək vurğularının sayının sayının az olması xəstəlikdirmi?
Milli.Az e-tibb.az-a istinadən bununla bağlı kardioloq-aritmoloq Günay Rəhimovanın fikirlərini təqdim edir:
Aşağı nəbzin elmi adı bradikardiyadır. Nəbzin 50-60 dan aşağı olması bradikardiya hesab edilir. Əgər bu zaman insanı heç nə narahat etmirsə, bu? norma sayılır və qəti üzərində dayanılmır.
Ancaq bu nəbzlə bağlı olaraq şikayətlər ola bilər. Nədir onlar? Bayılma və bayılmaya bənzər hallar- ciddi haldır. Başgicəllənmə, fiziki hərəkət zamanı təngnəfəslik və tez yorulma (xronotrop yetərsizlik deyilir buna), xroniki ürək çatışmazlığı əlamətlərinin dərinləşməsi, xroniki stenokardiyanın dərinləşməsi. Sübut etmək lazımdır ki, bu sadaladıqlarım əlamətlərin səbəbi məhz aşağı nəbzdir.
Aşağı nəbzin səbəbləri bunlardır:
Sinus düyünü zəifliyi- ürəyin əsas enerji ötürən mənbəyi impulsları ya pis keçirir, ya ümumiyyətlə, keçidə bilmir.
Hipotireoz- hipo və ya hiperkalemiya, kəskin miokard infarktrı- nadir hallarda stabil stenokardiya, ürəkdə əməliyyat və ya travma.
Kardimiopatiyalar, həmçinin də kimyaterapiya və ya şüa terapiyası sonrası, ürəyin iltihabi xəstəlikləri.
Qaraciyər və böyrək çatışmazlığı.
Parasimpatik sinir sisteminin ifrat təsiri, yuxuda obstruktiv apnoye, cavan yaş, bədən quruluşu, idmanla məşğul olmaq, xüsusən gecələr ağır fiziki işlə məşğul olmaq.
Reflektor karotid refleks, qusma, defekasiya, sidikifrazı, öskürmək (bu zaman yalnız nəbz deyil təzyiq də enə bilər), kəskin qarın, böyrək sancısı (ümumiyyətlə, şiddətli ağrı), onurğa sütununun, döş və boyun nahiyəsinin travmaları, şişləri (çünki simpatik innervasiya pozulur), beyin şişi, beyin ödemi, Layma xəstəliyi (infeksion xəstəlikdir), genetik formalar- SCN5A və HCN4 genləri ilə əlaqə anoreksiya, hipotermiya, hipoksiya, asidoz, infiltrativ proseslər, kollaqenozlar və s.
Bu qədər səbəbi oxuduqdan sonra belə anladıq ki, aşağı nəbzə gətirib çıxaran faktorlar çoxdur. Biz əvvəlcə səbəbi tapıb daha sonra lazımdırsa, səbəbi müalicə etməliyik.
Əgər kənardan bir səbəb yoxdursa və şikayət varsa, bu sırf ürəklə bağlıdır və biz bu zaman kardiostimulyator haqqında düşünürük.
Bəs hansı diaqnostik metodlarla aşağı nəbzi müəyyənləşdirmək mümkündür? İlk olaraq elektrokardioqramma, ikinci Holter müayinəsi, Tilt table testi, Elektrofizioloji müayinə.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dənizdə boğulan övladının axtarışlarının davam etdirilməsini istəyirlər - (Video)
-
“Simge” tanınmaz halda - (Foto)
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
XƏBƏR LENTİ
-
Dənizdə boğulan övladının axtarışlarının davam etdirilməsini istəyirlər - (Video)
-
“Simge” tanınmaz halda - (Foto)
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)





