Eyni vaxtda koronavirus və qripə yoluxmanın ölümcül təhlükəsi açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Koronavirusdan ölüm hadisələri arasında qripin ağırlaşdırdığı hallar da ola bilər.
"Sputnik"in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının akademiki, virusoloq, Meçnikov adına Vaksin və Zərdablar Elmi Tədqiqat İnstitutunun direktoru Vitali Zverev xəbər verib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, COVID-19 pandemiyası fonunda bir çoxları qripdən çəkinməyi dayandırıb, halbuki bu xəstəlik heç də koronavirusdan az təhlükəli deyil. Belə ki, sözügedən respirator xəstəliyindən ölüm halları dünyada ən yüksək göstəricilərə malikdir.
"Məsələn, ABŞ-da mövsümi qrip epidemiyası dövründə 30-40 min insan vəfat edir. Diabet xəstələri, ürək-damar xəstəlikləri və böyrək problemi olanlar isə xüsusi risk qrupundadır. COVID-19-la eyni vaxtda qripə yoluxmaq pasiyentin vəziyyətini lap ağırlaşdıra bilər", - deyə o, vurğulayıb.
Zverev ehtimal edir ki, qrip ağırlaşmalarına görə koronavirusdan ölən xəstələr az olmayıb. Lakin təsdiqlənmiş COVID-19 diaqnozunda həkimlər xəstəni qriplə əlaqədar müayinə etmirlər, laboratoriya diaqnozları qoyulmadığı üçün də bu barədə dəqiq heç nə deyilmir.
"Ola bilməz ki, bir il ərzində qrip hadisəsi qeydə alınmasın", - deyə həkim əlavə edib.
Bununla birlikdə, o, bu il qrip infeksiyasına yoluxma halının ötən illərə nisbətən daha az olacağına inandığını deyib:
"Adətən qrip epidemiyası şərqdən gəlir. İndi isə sərhədlər bağlıdır".
Həkimin sözlərinə görə, qrip COVID-19 kimi asemptomatik olmadığı üçün insanın dərhal xəstə olduğunu anlayır, özünü təcrid edir və daha az insana yoluxdurur.
Zverev son olaraq COVID-19 və qripdən ən yaxşı müdafiə vasitəsinin vaksinasiya olduğunu vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Simge” tanınmaz halda - (Foto)
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
XƏBƏR LENTİ
-
“Simge” tanınmaz halda - (Foto)
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)





