Maraqlı

Mercedes-Benz uzunbazalı E-Class modelini təqdim edib - FOTO

19 Noyabr 2020 23:01
Baxış: 2 486
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günlərdə işinə başlamış Pekin avtosalonunda, Mercedes-Benz şirkəti yenilənmiş E-Class modelinin uzunbazalı versiyasını təqdim edib. Məlum məsələdir ki, uzunbazalı E-Class yalnız Çində satılacaqdır.

Yenilənmiş uzun təkər bazasına malik olan Mercedes-Benz E-Class modelinin uzunluğu 5,056 millimetrdir. Beləliklə, yenilənmiş uzunbazalı E-Class, dörd il əvvəl təqdim olunan sələfindən 22 millimetr uzundur. Adi Mercedes-Benz E-Class ilə müqayisədə, "çinli" sedanın oxları arasındakı məsafə 140 millimetr artırılıb.

Sedan quraşdırılmış sensorlu ekranı və iki USB portu olan yeni mərkəzi konsola sahib olub. Mercedes-Benz E-Class L modelinin təchizatına qlobal modeldən götürülmüş MBUX məlumat-əyləncə sistemi, habelə ön və arxa LED işıq texnikası daxil edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.