Maraqlı

Zina Yusif əleyhissəlama xoş görülmüşdü?

26 Sentyabr 2020 23:25
Baxış: 2 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zina normal bir insanın xoşuna gəlməyən bir şey olmasaydı Allah Təala: "Zinaya yaxınlaşmayın!"- deyərdimi? Qadınlar kişilərin diqqət mərkəzində olan varlıqlardır. Dünya, dünya malı, zinəti o cümlədən qadınları bizim üçün çox çəkici və sevimlidir. Belə olmasaydı imtahan edilərdikmi? Allah, Əli-İmran 14-cü ayədə deyir ki: "Qadınların cazibəsi insanlara xoş görünmüşdür."

Milli.Az muselmanlar.com-a istinadən bildirir ki, Yusif əleyhissəlam, həm bekar həm də gözəl olduğu üçün qadınların ona qarşı istəyi və təsiri çoxalmışdı. Ayədə: "Qadın onunla olmaqda qərarlı idi. Əgər Rəbbinin bürhanını görməsəydi Yusif də onu istəyərdi."  (Yusif, 12/24.)

Bizim günaha qarşı arzumuz olmazsa, imtahanın bir mənası olmazdı. Bir də bu sualın cavabı Quranın içində var: "Yusif dedi ki: "Rəbbim! Bu qadınların istəklərinə uymaqdansa həpsə girməyi seçərəm. Onların oyununu məndən uzaqlaşdırmasan, onlara qarşı xəta edərəm və cahillərdən olaram." (Yusif, 12/33)

Bir insanın arzulamadığı, istəmədiyi şeydən üz döndərməsi şücaət deyil, əsas şücaət, bir şeyi arzuladığı, xoşladığı halda Allah rizası ondan çəkinməsidir. Yusif əleyhissəlam da o cümlədən Allahın rizasını seçdiyi üçün Quranda tərif edilmişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.