Mikroplastik hissəciklərə bütün şirin su çöküntülərində rast gəlinir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəşəriyyət "plastik epoxa" dövrünü yaşayır. Plastik materiallar uzunömürlülük, yüngüllük və korroziyaya davamlılıq kimi xüsusiyyətlərinə görə geniş istifadə edilir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Sinxua" informasiya agentliyi məlumat yayıb. Çin tədqiqatçıları tərəfindən aşkarlanmış 5 millimetrdən kiçik diametrli plastik mikrohissəciklərə çayların, göllərin, su anbarlarının çöküntülərində və hətta buzlaqlarda, eləcə də Arktikanın qar örtüklərində rast gəlinir. Tədqiqatın nəticələri göstərir ki, mikroplastik hissəciklərin təxminən 70 faizi dəniz mühitinə göllərdən daxil olur, daha doğrusu, mikroplastik hissəciklər göllərin çöküntülərində əmələ gəlir.
Çin Elmlər Akademiyası nəzdindəki ətraf mühit və resurslar üzrə Şimal-Qərb İnstitutunun tədqiqatçıları mikroplastik hissəciklərin mənşəyinin, həmçinin onların şirin su çöküntülərinə keçməsinin və yayılmasının sirlərini öyrənməyə çalışırlar.
Alimlər polimerlərin morfoloji xüsusiyyətləri, növləri və mənbələri də daxil olmaqla şirin su çöküntülərində mikroplastik hissəciklərin yığılmasına təsir göstərən bir sıra amilləri nəzərdən keçiriblər. Məlum olub ki, mikroplastik hissəciklərə yoxlanılan çayların, göllərin və su hövzələrinin çöküntülərində daha tez-tez rast gəlinir. Eyni zamanda, müxtəlif bölgələrdə mikroplastik hissəciklərin konsentrasiyalarında aşkar fərq mövcuddur.
Tədqiqatçılar, həmçinin diametri 1 millimetrdən az olan lifli hissəciklərin şirin su çöküntülərində mikroplastik hissəciklərin əsas forması olduğunu, rənglərinin isə əsasən ağ və ya şəffaf olduğunu aşkarlayıblar.
Buna baxmayaraq, tədqiqatçılar mikroplastik hissəciklərin yerdəyişməsi və transformasiyası, həmçinin onların quruda ekosistemə və insan həyatına təsiri ilə bağlı sualların hələ də açıq qaldığını etiraf ediblər. Məsələyə aydınlıq gətirilməsi üçün gələcəkdə əlavə tədqiqatların aparılması tələb olunur.
Qeyd edək ki, sözügedən tədqiqatın nəticələri barədə məqalə "Science of the Total Environment" jurnalında dərc olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
XƏBƏR LENTİ
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb





