Maraqlı

“PhonePad” monitoru smartfonu 15,6 düymlük planşetə çevirir - VİDEO

17 Sentyabr 2020 21:45
Baxış: 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müasir smartfonların güclü olmasına baxmayaraq onların ekran ölçüsü rahat işləmək, videoya baxmaq və ya oyun oynamaq üçün kifayət etmir. Bu baxımdan planşetlər daha cəlbedicidir. Kiçik ABŞ startapı "PhonePad" adlı universal portativ qurğu yaratmaqla bu problemi həll edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "PhonePad" informasiyanı daxil etmək üçün birbaşa smartfona qoşulan 15,6 düym diaqonallı portativ ekrandır. Onun əsas fərqləndirici cəhəti bütün qurğularla tam uyğunluq təşkil etməsindədir. Qeyd edək ki, əksər oxşar qurğular "Apple" məhsulları ilə işləyə bilmir.

Məlumata görə, qoşulma populyar "USB" interfeysləri və "HDMI" kabeli vasitəsilə həyata keçirilir. 1080р piksel təsvir ölçülü sensor displeylə təchiz edilən qurğu kontentlə birbaşa işləməyə imkan verir. Korpus yüngül və möhkəm alüminiumdan hazırlanıb və alt hissədə 10,2 mm, yuxarıda 4,9 mm qalınlığa malikdir.

İstehsalçı nümayəndələrinin sözlərinə görə, "HDMI" vasitəsilə displeyə istənilən rəqəmli qurğuları, o cümlədən noutbuk, oyun konsolu və güzgülü kameraları qoşmaq mümkündür.

"PhonePad" portativ qurğusunun satışlarına noyabrda başlamaq nəzərdə tutulur. Hazırda monitor "Kickstarter" vəsait toplanışı saytında 219 dollara satılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.