Volkswagen Golf Variant və Alltrack modellərini təqdim edib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səkkizinci nəsil Golf hetçbekinin təqdimatından 10 ay sonra, Volkswagen şirkəti bu ailəyə universal kuzovlu modeli əlavə edib. Bu gün istehsalçı rəsmi universalın şəkillərini yayımlayaraq, ümumi məlumatları açıqlayıb və Golf Variant modelinin Avropadakı satışlarının bu ilin dördüncü rübündə başlanacağını elan edib.
Sələfi ilə müqayisədə yeni universalın uzunluğu 349 millimetr artaraq 4633 millimetrə çatıb. Oxlar arasındakı məsafə 66 millimetr artaraq 2686 millimetrə bərabər olub. Universalın eni (1789 millimetr) və hündürlüyü (relinqlərsiz - 1455 millimetr) hetçbeklə eynidır. Eyni zamanda, hetçbek universaldan 349 millimetr qısadır, təkər bazasına görə də, hetçbek universala 67 millimetr uduzur.
Milli.Az autograph.az-a istinadən bildirir ki, yeni Volkswagen Golf Variant modelinin arxa sərnişinlər üçün təklif etdiyi ayaq zonasındakı məkan 903-dən 941 millimetrə qədər artıb. Baqaj bölümünün nominal tutumu 6 litr (611 litrə qədər), maksimum tutumus isə 22 litr (1642 litrə qədər) artırılıb. Müqayisə üçün, Skoda Octavia Combi modelində bu göstərici 1718 litr təşkil edir.
Golf Variant modelinin baqaj bölməsi müxtəlif bağlama nöqtələri və işıqlandırma ilə təchiz edilir. Opsional olaraq, 12 və 230 voltluq rozetkaları və beşinci qapının ayaq hərəkəti ilə açəlması funksiyasını sifariş etmək mümkündür.
Təchizata gəldikdə isə, universal heçbekdən elə də fərqlənmir. Golf Varinat modelinin də təchizatına rəqəmsal cihazlar panelini və onlayn xidmətləri olan bir multimedia sistemini, digər avtomobillər və yol infrastrukturu ilə məlumat mübadiləsi qabiliyyətini, IQ.Light matrisa fənərlərini, proyeksiya ekranını, avtomobili sürətləndirən və dayandıran Travel Assist sürücünün köməkçisin və bənzər təhlükəsizlik sistemləri dəstini daxil ediblər.
Yeddi pilləli robotla birlikdə çalışan bütün benzin mühərriklərini standart olaraq kəmərlə işləyən startyor-generator və kiçik batareya ilə təchiz edəcəkdirlər. Bütün dizel aqreqatları iki selektiv azot oksidi neytrallaşdırıcısı və AdBlue reagentinin ikiqat püskürdülməsi ilə təchiz olunurlar.
Avropa bazarında yeni Volkswagen Golf Variant universalı dörd təchizat səviyyəsində təklif ediləcəkdir: baza, Life, Style və R-Line. Universalın standart təchizatına diod işıqlandırması, 8,25-düymlük sensorlu ekranı olan multimedia sistemi, kondisioner, rahat oturacaqlar,çoxfunksiyalı sükan çarxı daxildir.
Proqram təminatının "hava" üzərindən yenilənməsi sayəsində, bəzi opsiyaları avtomobilin satın alınmasından sonra əldə etmək və aktivləşdirmək mümkündür. Məsələn, sonradan adaptiv kruiz-kontrolu, smartfonların simsiz inteqrasiyasının dəstəklənməsini, səslə idarə etmə funskiyasını aktivləşdirmək olar.
Nəhayət, yeni universal ilə birlikdə yüksək klirensli Golf Alltrack modeli də debüt edib. Əvvəlki kimi, Volkswagen bu modifikasiyanı müstəqil model kimi, universal və ofrouder arasında keçid əlaqəsi kimi səciyyələndirir.
Golf Alltrack modeli artıq məlum olan reseptə əsasən hazırlanıb: standart tam ötürmə, artırılmış klirens, orijinal bamperləri olan qoruyucu gövdə dəsti və salonun xüsusi tərtibatı. Bununla belə, istehsalçının Alltrack modeli barədə açıqladığı yeganə məlumat, onun iki tonluq qoşqunu yedəyə almaq imkanının olmasıdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
XƏBƏR LENTİ
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)





