Maraqlı

Infiniti QX60 Monograph konseptinin ilk tizerini dərc edib - FOTO

19 Sentyabr 2020 22:30
Baxış: 1 048
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Infiniti növbəti nəail QX60 modelinin carçısı olan QX60 Monograph konseptinin debütünə hazırlaşır. 25 sentyabrda baş tutacaq virtual təqdimat öncəsi yapon markası konsept avtomobilinin ilk görüntüsünü dərc edib.

QX60 Monograph konsepti "Infiniti dizaynerlərinin üç cərgəsinə malik olan dəbdəbəli krossoverin gələcəyinə  olan baxışlarını" nümayiş etdirir. Başqa sözlə desək, prototip sayəsində növbəti nəslinin  seriya modelinin dizaynını qiymətləndirmək mümkün olacaqdır.

Dərc edilmiş tizerdə, krossoverin nazik LED zolağa malik olan ön fənərləri və işıqlandırılan loqotipi əks etdirilir. Eyni zamanda, geniş yayılmış trendin əksinə olaraq, krossoverin kameralara deyil, ənənəvi yan güzgülərə təchiz edildiyi diqqəti çəkir.

QX60 krossoveri Infiniti markanın ən populyar modellərindən biridir. Məsələn, 2020-ci ilin ikinci rübündə, Amerika Birləşmiş Ştatlarında üç mindən çox krossover satılıb. Krossoveri üstələyn yeganə model 4,9 min nüsxədə satılmış Infiniti QX50 modeli olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.