Quranı üzündən oxumaq kifayət edirmi?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qurani-Kərim - Allah Təalanın kəlamıdır. Hər kim ərəb dilini bilməsə də belə, ona qulaq assa və ya üzündən oxusa - böyük savaba malik olar. Günahları bağışlanar, qəlbi nurani olar, axirət savabına malik olar.
İmam Sadiq (ə) buyurur ki, Qurana baxmaq belə, ibadətdir. Hər kimin evində Quran olar, şeytan (lən) oradan uzaq olar.
Həzrət Peyğəmbər (s) buyurur: "Evlərinizi Quran oxuyaraq nurani edin. O evdə ki, Quran çoxlu tilavət olunar - o evin xeyiri çox olar və onun əhli rifahda olarlar. O ev səma əhli üçün nur saçar, necə ki, ulduzlar yer əhli üçün nur saçarlar".
Əgər hədislərimizə nəzər salsaq, görərik ki, Quran oxumaqla yanaşı, onun ayələri haqqında düşünməyə dəvət edirlər. Hər kim Quran ayələrinin mənası haqqında düşünər - dünya və axirətin uca qalasını fəth etmiş olar. Çünki Quran insanları hidayət etmək üçün gəlmişdir. Hər kim Quranın mənasını bilsə, onun nə demək istədiyi haqqında düşünsə - hidayət tapar. Qurana əməl edər. Ona görə də o kəslər Qurana daha çox əməl edərlər ki, onlar Quran barəsində təfəkkür edərlər.
Əslində Quranı tilavət etmək - onun ayələri haqqında düşünməyin müqədddiməsidir. Quran özü də bizləri onun ayələri haqqında düşünməyə dəvət edir. Quranın yerə nazil olmasının səbəbini, onun haqqında təfəkkür etməkdə görür. "(Bu Qur'an,) ayələrində düşünüb arxasınca getmələri (və onda olan dərin maarifi əldə etmələri) və (əsil) ağıl sahiblərinin ibrət götürmələri üçün sənə nazil etdiyimiz xeyir dolu və mübarək bir kitabdır".
"Həqiqətən Biz onu ərəbcə bir Qur'an (oxunan və ərəb dilində olan kəlmələr) şəklində nazil etdik ki, bəlkə (onun uca maarifi barədə) düşünəsiniz və ağılla dərk edəsiniz". ("Yusif" 2).
"(Onları) aydın dəlillər (möcüzələrlə) və ibrətamiz səma kitabları ilə (göndərdik) və sənə də bu zikri (Qur'anı) nazil etdik ki, insanlara onlara nazil olanı açıqlayasan və bəlkə düşündülər". ("Nəhl" 44).
Hər kim Quranı düşünərək oxuyarsa, onun savabı düşünməyərək oxumaq kimi olmayacaqdır. Quranı ancaq üzündən oxumaq bizi bu səma kitabının həqiqətlərindən məhrum edəcəkdir. Bu, o demək deyildir ki, Quranı üzündən oxumaq lazım deyildir. Xeyr. Sadəcə gərək bilək ki, əgər Quranın həqiqətlərini öyrənmək istəyiriksə, onu ancaq üzündən oxumaqla kifayətlənə bilmərik. O zaman bu həqiqətlərdən xəbərdar olarıq ki, onun haqqında təfəkkür edək və düşünək. Bu zaman Quranın bizdən nə istədiyini başa düşərik.
Ancaq Quranı üzündən oxumağın da savabları böyükdür. İnsanın qəlbini nurani edir, dualarının qəbul olmasına səbəb olur və günahlarını bağışlayır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
XƏBƏR LENTİ
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı





