Maraqlı

“Amazon” şirkəti bağlamaları pilotsuz təyyarələrlə çatdırmaq üçün icazə alıb

3 Sentyabr 2020 08:55
Baxış: 757
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi ən böyük onlayn riteyler olan "Amazon" tərəfindən yaradılmış "Amazon Prime Air" pilotsuz təyyarələrlə çatdırılma xidmətinin fəaliyyətinə icazə verib. Bu, şirkətə sınaq kommersiya fəaliyyətinə başlamağa imkan verəcək.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Amazon" şirkətinin rəsmisi hələ ki bu barədə ətraflı açıqlama verməyib. Şirkətin ABŞ-ın şimal-qərbində sınaq poliqonları var, bundan başqa pilotsuz təyyarələr Böyük Britaniyada sınaqdan keçirilib. Yalnız o məlumdur ki, şirkət ötən il nümayiş etdirilmiş hibrid konstruksiyalı 6 tərəfli multikopterlərdən istifadə edəcək.
 
Belə aparatlar üfüqi uçuş zamanı təyyarə kimi hərəkət edərək şaquli olaraq qalxa və enə bilər. Aparat infraqırmızı kameralar, dərinlik sensorları və sonarların kombinasiyası sayəsində hava məkanında hərəkət edə və maneələri dəf edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.